QAs-BAA-OAA-LLDI-2019 Addendum 4 AZE version.pdf

PDF 168 KB Posted

Attached to
Supporting business and professional associations in Azerbaijan
Solicitation number
BAA-OAA-LLDI-2019-Addendum04-Azerbaijan
Issued by

View the file

Other files

On GovTribe

Work with this file

  • Download the original file
  • Contacts named in this file
  • Similar government files
  • Ask GovTribe AI about this file

Text version

USAID/Azərbaycanın BAA-OAA-LLDI-2019 4 saylı Əlavəsi ilə bağlı suallar və cavablar

Sual 1. Maraqların ifadə olunması üçün standart forma varmı? Əgər varsa, bunu bizimlə paylaşmağınızı istərdik.

Cavab 1. Maraqların ifadə olunması üçün heç bir standart forma yoxdur.

Sual 2. Əlavənin 4-cü səhifəsində qeyd olunur ki, Agentliyin Genişmiqyaslı Elanı üzrə USAID ötən 5 il ərzində USAID-dən 5 milyon ABŞ Dolları dəyərində yardım almış hər hansı quruma mükafat verə bilməz. Bizim təşkilat ötən 5 il ərzində USAID tərəfindən maliyyələşdirilən təşəbbüsləri subpodratçı kimi dəstəkləmişdir, həmin müddətdə biz birbaşa olaraq USAID-dən deyil, daha çox əsas icraçı tərəfdaşlardan maliyyə vəsaiti almışıq. Təşkilatımızın subpodratçı/sub-qrant resipiyenti olduğunu nəzərə alaraq USAID Agentliyin Genişmiqyaslı Elanı üzrə bizim (yerli qurumların rəhbərlik etdiyi) konsorsium və ya koalisiyalarda tərəfdaş kimi çıxış etmək üçün uyğun olduğumuzu təsdiqləyə bilərmi?

Sual 3. USAID yerli qurumların rəhbərlik etdiyi, lakin hələ konsorsium/koalisiya formalaşdırmamış tərəfdaşlardan maraqların ifadəsi üzrə bildirişləri qəbul edirmi? USAID konsepsiya mərhələsində tam şəkildə formalaşdırılmış konsorsiuma/koalisiyaya malik olmaq əvəzinə, tərəfdaşların məhz birgə fəaliyyət zamanı konsorsiumlar/koalisiyalar yaratmasını necə qarşılayır?

Cavab 2 və 3. Hər iki sualın cavabı "Bəli"dir. USAID sizdən maraqların ifadəsi üzrə bildirişləri qəbul etməyə hazırdır və sizin hələ konsorsium tərəfdaşlarını/üzvlərini müəyyən etməməyinizi normal qarşılayır. Maraqların ifadəsi üzrə bildirişləriniz sayəsində bu birinci mərhələdən keçdikdən və birgə fəaliyyət üçün dəvət olunduqdan sonra təşkil olunan birgə dizayn seminarı da məhz bu məqsədə xidmət edir.

Sual 4. Beynəlxalq təşkilatların iştirakı məcburidir, yoxsa sadəcə üstünlük kimi qiymətləndirilir?

Cavab 4. Bu, nə məcburidir, nə də üstünlük kimi qiymətləndirilir. Bu mərhələdə, yəni Maraqların

İfadəsi mərhələsində, sadəcə bir təşkilat kimi fəaliyyətinizi izah etməli və Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması üzrə işlərə töhfələrin verilməsinə və

Agentliyin Genişmiqyaslı Elanındakı təlimatların tətbiqinə dair təkliflərinizi bildirməlisiniz.

Sual 5. Eyni bir biznes assosiasiyası həm Layihə üzrə Tərəfdaş (icraçı qurum), həm də Benefisiar kimi çıxış edə bilərmi? Məsələn, biz Azərbaycan Arıçılar Assosiasiyasını Layihə üzrə Tərəfdaş kimi dəvət etsək, onlar həm də benefisiar qismində çıxış edə, yəni öz əməkdaşlarına və üzvlərinə təlim keçə, resurslarını təkmilləşdirə bilərlərmi, yoxsa bu mümkün deyil?

Cavab 5. Bəli. Biz hesab edirik ki, yerli tərəfdaşlar, həmçinin öz bacarıqlarını artırmaq ehtiyacı duya bilərlər. Bununla belə, təşkilatınızı Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması prosesində bizim həll etməyə çalışdığımız məsələlərə daha çox diqqət yetirməyə və öz ehtiyaclarını ön planda tutmamağa çağırırıq. Sizin bacarıqların artırılması ilə bağlı dəstəyə ehtiyacınız ola bilər və bu gözlənilən bir haldır. Lakin biz, başlıca olaraq, bilmək istərdik ki, nə üçün siz qrupunuzun digərlərinə dəstək göstərmək üçün lazımi imkanlara malik olduğunu iddia edirsiniz və bu fəaliyyətdə USAID-ə yaxşı tərəfdaş olmaq üçün sizi unikallaşdıran nədir.

Sual 6. Konsepsiya Sənədləri tərtib edildikdən sonra siz, həmçinin ətraflı təklifin irəli sürülməsini tələb edəcəksinizmi?

Cavab 6. Maraqların ifadəsi üzrə bildirişlər təqdim edildikdən sonra USAID birgə dizayn seminarına hansı təşkilatların dəvət olunacağı ilə bağlı qərar verəcək. İkigünlük tədbir olan birgə dizayn seminarında maraqların ifadəsi üzrə bildirişləri bəyənilmiş təşkilatlar bir araya gələcək və konsepsiyaları birlikdə tərtib edəcək. Qruplar bu konsepsiyaları tərtib etmək üçün birgə dizayn seminarından sonra əlavə bir neçə həftə müddətin verilməsini tələb edə bilərlər. Daha sonra onlar hazırladıqları konsepsiya sənədlərini USAID-ə təqdim edəcəklər. Biz konsepsiya sənədlərini nəzərdən keçirərək onlardan hansılarının maliyyələşdirmə üçün ən perspektivli olduğuna dair qərar qəbul edəcəyik. Həmin məqamda USAID uğurlu qruplarla əlaqə saxlayacaq və mükafatların verilməsi ilə bağlı işlər görəcək. 50 səhifədən ibarət ətraflı təklif təqdim etmək tələb olunmasa da, biz, yəqin ki, USAID-in daxili satınalmalara dair tələblərinə cavab verən mükafat sənədi hazırlamaq üçün sizin təqdim etdiyiniz konsepsiya sənədinə birlikdə xırda əlavələr edəcəyik.

Sual 7. Elanda qeyd olunan aşağıdakı bənddə "beynəlxalq qurumlar" dedikdə konkret olaraq hansı qurumları nəzərdə tutduğunuzla bağlı dəqiq məlumat verə biləsinizmi?

“USAID beynəlxalq qurumların rəhbərlik etdiyi konsorsium axtarışında deyil. Biz beynəlxalq tərəfdaşlarımızı yüksək qiymətləndiririk və yerli qurumların rəhbərlik etdiyi konsorsium və ya koalisiyalarda tərəfdaş kimi çıxış etmək niyyətində olan beynəlxalq tərəfdaşlardan Maraqların

İfadəsi üzrə Bildirişləri səbirsizliklə gözləyirik. Biz vətəndaş cəmiyyəti və ya özəl sektora aid olmasından asılı olmayaraq, yerli qurumların rəhbərlik etdiyi konsorsiumlara üstünlük verəcəyik".

Çoxtərəfli bankları, beynəlxalq QHT-ləri və s. nəzərdə tutursunuz? Bu barədə bizə dəqiq məlumat verməyinizi xahiş edirik.

Cavab 7. Biz Azərbaycandakı yerli qurumların rəhbərlik etdiyi konsorsiumlarla işləmək istəyirik.

Buna baxmayaraq, prosesin bu mərhələsində konsorsium tərəfdaşlarınızı müəyyənləşdirməyə ehtiyac yoxdur. Siz nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirməlisiniz.

Sual 8. Mən yerli qeyri-kommersiya təşkilatını təmsil edirəm. Bizim bu təşəbbüsdə iştirak etmək üçün maraqlarımızı ifadə etmək hüququmuz varmı, yoxsa bu təşəbbüs yalnız biznes assosiasiyaları üçün nəzərdə tutulub?

Cavab 8. Siz maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərsiniz. USAID qeyri-kommersiya təşkilatları, vətəndaş cəmiyyəti, universitetlər, assosiasiyalar, hökumət, özəl şirkətlər və digər sahələrdən müxtəlif tərəfdaşlar axtarışındadır. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı

Agentliyin Genişmiqyaslı Elanı ilə bağlı Əlavədə qeyd olunmuş təlimatlara əməl edəsiniz və nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz.

Sual 9. Təqdim olunan layihələrin müddəti neçə ay ola bilər?

Cavab 9. Hazırda bu barədə düşünməyə ehtiyac yoxdur. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz. Hazırkı mərhələdə layihəni tərtib edərkən maliyyə vəsaitlərinin həcmini və ya layihənin müddəti barədə məlumatları qeyd etməyə ehtiyac yoxdur.

Bu detallar prosesin gedişatı ərzində müəyyənləşdiriləcəkdir.

Sual 10. Təkliflər üçün maksimum büdcə həcmi nə qədərdir?

Cavab 10. Hazırda bu barədə düşünməyə ehtiyac yoxdur. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz. Hazırkı mərhələdə layihəni tərtib edərkən maliyyə vəsaitlərinin həcmini və ya layihənin müddəti barədə məlumatları qeyd etməyə ehtiyac yoxdur. Bu detallar prosesin gedişatı ərzində müəyyənləşdiriləcəkdir.

Sual 11. DUNS (Məlumatların Nömrələnməsi üzrə Universal Sistem) nömrəsi olmayan təşkilatdan və ya tərəfdaşdan (konsorsium halında) maraqların ifadəsi üzrə bildiriş təqdim etmək üçün DUNS nömrəsi əldə etmək və SAM (müqavilə təltifinin idarə edilməsi sistemi) ilə qeydiyyatdan keçmək tələb olunurmu?

Cavab 11. Bu mərhələdə DUNS nömrəsi və SAM qeydiyyatı tələb olunmasa da, ətraflı müraciət təqdim olunarkən lazım olacaq.

Sual 12. Mən tələbələr üçün yaradılmış Tələbə Kredit Fondu olan yerli qeyri-kommersiya təşkilatını təmsil edirəm. Fondun missiyası kreditlərin verilməsi yolu ilə aztəminatlı ailələrdən olan tələbələrə ali təhsil almaq üçün bərabər imkanların yaradılmasıdır. Tələbə Kredit Fondu, həmçinin tələbələrin əmək bazarında peşəkar mövqe tutmalarını təmin etmək məqsədilə onlar üçün peşəkar karyera inkişafı və səriştələrin artırılması üzrə proqramlar təşkil edir.

Biz bu təşəbbüsdə iştirak etmək üçün qeyri-kommersiya təşkilatı kimi maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərikmi?

Cavab 12. Siz maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərsiniz. USAID qeyri-kommersiya sahələrdən müxtəlif tərəfdaşlar axtarışındadır. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı

Agentliyin Genişmiqyaslı Elanı ilə bağlı Əlavədə qeyd olunmuş təlimatlara əməl edəsiniz və nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü

Sual 13. "Universitas International MMC -Azərbaycan" şirkətini təmsil edirəm. Şirkət, başlıca olaraq, dövlət sektorunda və özəl sektorda fəaliyyət göstərən müəssisələrin strateji, əməliyyat və texniki imkanlarının təkmilləşdirilməsini həyata keçirir. Biz konsaltinq şirkəti kimi bu təşəbbüs çərçivəsində maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərikmi?

Cavab 13. Siz maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərsiniz. USAID qeyri-kommersiya sahələrdən müxtəlif tərəfdaşlar axtarışındadır. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı

Agentliyin Genişmiqyaslı Elanı ilə bağlı Əlavədə qeyd olunmuş təlimatlara əməl edəsiniz və nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü

Sual 14. Əlavədə assosiasiyalar, hökumət və özəl sektor kimi müxtəlif subyektlər arasında əməkdaşlıq və koalisiyaların təşviq edilməsi ilə bağlı çoxsaylı məlumatlar yer alır. Aydındır ki, yalnız Azərbaycandakı yerli vətəndaş cəmiyyəti qurumları, yaxud özəl müəssisələr konsorsiumlara rəhbərlik edərək Maraqların İfadəsi üzrə Bildiriş təqdim etmək hüququna malikdirlər. Bəs özəl sektorda fəaliyyət göstərən beynəlxalq (məsələn, Azərbaycana məxsus olmayan) kommersiya müəssisələri konsorsiumların/koalisiyaların qeyri-rəhbər tərəfdaşları kimi çıxış edə bilərlərmi?

Cavab 14. Bəli! Biz beynəlxalq tərəfdaşlarımızı və onların paylaşdıqları təcrübələri yüksək qiymətləndiririk. Buraya həm kommersiya, həm də qeyri-kommersiya təşkilatları daxildir. Siz maraqların ifadəsi üzrə bildiriş təqdim edə bilərsiniz. USAID qeyri-kommersiya təşkilatları, vətəndaş cəmiyyəti, universitetlər, assosiasiyalar, hökumət, özəl şirkətlər və digər sahələrdən müxtəlif tərəfdaşlar axtarışındadır. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı Agentliyin

Genişmiqyaslı Elanı ilə bağlı Əlavədə qeyd olunmuş təlimatlara əməl edəsiniz və nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz.

Sual 15. Azərbaycan Respublikasının hökumət idarələri, dövlət departamentləri, nazirlikləri, yaxud digər dövlət qurumları konsorsiumun/koalisiyanın qeyri-rəhbər tərəfdaşları qismində çıxış etmək hüququna malikdirlərmi?

Cavab 15. Bəli! Biz hökumətlə tərəfdaşlığı yüksək qiymətləndiririk və dövlət qurumlarının üzv olduğu konsorsiumlar və koalisiyalarla işləməyə hazırıq. Biz dövlət qurumlarına maliyyə dəstəyi göstərə bilməyəcəyik. Buna baxmayaraq, hökumət idarələri koalisiyalara və konsorsiumlara qoşula bilərlər.

Sual 16. Layihənin vaxt qrafiki ilə bağlı olaraq soruşmaq istərdik ki, təklif olunan tədbirlərin müddəti barədə məqbul hesab olunan nə kimi tövsiyələriniz var? Bundan əlavə, Agentliyin

Genişmiqyaslı Elanı üzrə maliyyələşdirilə biləcək fəaliyyətlərə start vermək üçün proqnozlaşdırılan tarixlər barədə məlumat verə bilərsinizmi?

Cavab 16. Hazırda fəaliyyətlərin müddəti barədə düşünməyə ehtiyac yoxdur. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar

Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz. Hazırkı mərhələdə layihəni tərtib edərkən maliyyə vəsaitlərinin həcmini və ya layihənin müddəti barədə məlumatları qeyd etmək zəruri deyil. Bu detallar prosesin gedişatı ərzində müəyyənləşdiriləcək. COVID 19 səbəbindən hər birimiz yeni vəziyyətlər və məhdudiyyətlər ilə üzləşdiyimizə görə, fəaliyyətlərin start götürəcəyi tarixlər barədə hazırda dəqiq məlumat verə bilmirik.

Sual 17. Əlavədə maraqların ifadəsi zamanı xərc bölgüsü, bərabər töhfələr və ya maksimum faydalanma prosesinin təsvirinin tələb olunması xaricində mövcud maliyyə vəsaitlərinin potensial fəaliyyətlərə yönləndirilməsi ilə bağlı heç bir məlumat yer almır. Maraqların ifadəsi üzrə bildirişdə maliyyələşdirmə ilə bağlı gözlənilən ehtiyaclar qeyd olunmalıdırmı? Siz bu Əlavə üzrə ümumi maliyyə vəsaitinin həcmi və ya ayrı-ayrı fəaliyyətlər üçün nəzərdə tutulan maliyyə vəsaitləri barədə məlumat verə bilərsiniz?

Cavab 17. Hazırda maliyyələşdirmə barədə düşünməyə ehtiyac yoxdur. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı nə üçün təşkilatınızın Azərbaycanda Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz. Hazırkı mərhələdə layihəni tərtib edərkən maliyyə vəsaitlərinin həcmini və ya layihənin müddəti barədə məlumatları qeyd etməyə ehtiyac yoxdur. Bu detallar prosesin gedişatı ərzində müəyyənləşdiriləcək.

Sual 18. USAID bu Əlavə üzrə təltif olunan müqavilələr çərçivəsində layihənin benefisiarlarının avadanlıqlarla təmin olunması ilə bağlı qrant proqramlarının, yaxud digər mexanizmlərin tətbiqini həyata keçirəcək?

Cavab 18. Sizdən xahiş edirik ki, maraqların ifadəsi zamanı nə üçün təşkilatınızın Azərbaycanda

Biznes və Peşəkar Assosiasiyaların bacarıqlarının artırılması ilə bağlı məsələlər üzərində işləmək istiqamətində lazımi imkanlara malik olduğunu düşündüyünüzü və bu fəaliyyətdə nəyin sizi

USAID-ə yaxşı tərəfdaş olmaq üçün unikallaşdırdığını izah etməyə xüsusi diqqət yetirəsiniz. Siz qrantların verilməsi və ya avadanlıqların təchizi kimi spesifik fəaliyyətlər üzrə təkliflər irəli sürməklə inkişaf istiqamətində həyata keçiriləcək işlərə təşkilatınızın verəcəyi töhfəni daha yaxşı ifadə edəcəyinizi düşünürsünüzsə, belə fəaliyyətlərlə bağlı təkliflərinizi irəli sürə bilərsiniz.

File details come from the government source that posted it. Updated .