BAA-OAA-LLDI-2019 Addendum 4-Azerbaijan AZE.pdf

PDF 223 KB Posted

Attached to
Supporting business and professional associations in Azerbaijan
Solicitation number
BAA-OAA-LLDI-2019-Addendum04-Azerbaijan
Issued by

View the file

Other files

On GovTribe

Work with this file

  • Download the original file
  • Contacts named in this file
  • Similar government files
  • Ask GovTribe AI about this file

Text version

BAA-OAA-LLDI-2019

4 saylı Əlavə, USAID/Azərbaycan

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək

Buraxılış tarixi: 17 mart 2020-ci il

Suallar üçün son tarix: Bakı vaxtı ilə 31 mart 2019-cu il 17:00

Maraqların ifadə olunması üçün son tarix: Bakı vaxtı ilə 16 aprel 2019-cu il 17:00

AZƏRBAYCANDA BİZNES VƏ PEŞƏKAR ASSOSİASİYALARA

DƏSTƏK

BAA-OAA-LLDI-2019 saylı sənədə

Əlavə

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID)

İqtisadi artım, Təhsil və Ətraf Mühit (E3)

Yerli Dayanıqlılıq Ofisi

Yerli qurumların rəhbərlik etdiyi inkişaf innovasiyaları barədə Agentliyin Genişmiqyaslı

Elanı

Ümumi məlumat

Neftlə zəngin olan Azərbaycanda 2014-cü ildə neft gəlirlərində kəskin azalma müşahidə olundu.

2016-cı ildə qlobal enerji qiymətlərinin aşağı düşməsi və qonşu ölkə Rusiyada baş verən iqtisadi böhranın təsiri nəticəsində ölkədə 20 ilin ilk iqtisadi böhranı baş verdi. 2015-ci ilin dekabr ayına kimi vətəndaşlar valyuta devalvasiyalarının təsirlərinin yüksək inflyasiya səviyyələri nəticəsində artdığının şahidi oldular. Bunun fonunda, hökumət kiçik və orta sahibkarlıq subyektlərinə xüsusi diqqət yetirməklə qeyri-neft sektorunun inkişafı etdirilməsi üçün bir sıra iqtisadi islahatlar elan etdi. Eyni zamanda, fiziki şəxslər gəlirlərini artırmaq və sahibkarlıq üçün imkanlar axtarır, o cümlədən sosial-iqtisadi məsələlərdə hökumətlə əməkdaşlığa can atırlar. Özəl firmalar isə bənzər şəkildə Azərbaycanın sosial-iqtisadi inkişafını və müstəqilliyini dəstəkləmək üçün yollar axtarırlar. Bu cür yolayrıcında biznes və peşəkar assosiasiyalar məhsuldar qurumları və tərəfdaşları təmsil edirlər.

Biznes assosiasiyaları öz üzvlərinin işgüzar maraqlarının təşviq edilməsi ilə məşğuldur. Onlar, adətən, müstəqil şəkildə tədbirlər görən tək bir şirkət üçün baha başa gələn və ya çox vaxt aparan lobbiçilik, məlumat toplama, tədqiqat və sənaye normalarının müəyyən edilməsi kimi fəaliyyətləri həyata keçirirlər. Biznes assosiasiyasının təmsilçiləri öz səslərini vahid bayraq altında birləşdirərək vahid və güclü formada mövcud olmaq, o cümlədən öz ortaq mənafelərini effektiv şəkildə müdafiə edərək qorumaq üçün imkan yaradırlar. Peşəkar assosiasiyalar aşağıdakı vəzifələri yerinə yetirir: peşə davranışı normalarının müəyyən edilməsi, namizədlərin üzv olaraq qəbul edilməsin üçün müəyyən ixtisas tələblərinin formalaşdırılması və nəzərdən keçirilməsi, üzvlərin işi üçün icbari olan xidmət və ya məhsullar üzrə keyfiyyət standartlarının, üzvlər üçün davranış

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək kodeksinin formalaşdırılması, üzvlərin müştərilər qarşısında öhdəliklərinin müəyyən edilməsi, üzvlər tərəfindən göstərilən xidmətlərin xərclərinin müəyyən edilməsi və digər bənzər vəzifələr.

Son illərdə USAID kənd təsərrüfatı istehsalçılarının assosiasiyalarını (əvvəlcə, fındıq və nar, indi isə giləmeyvə) ölkədə fəaliyyət göstərən minlərlə ferma cəmiyyətlərinin maraqlarını əks etdirən qurum kimi müəyyən etmiş və bu qruplara yardım etməyə cəhd göstərmişdir. Bundan əlavə, USAID və Azərbaycan hökuməti kollektiv və geniş miqyaslı iqtisadı artımda maraqlı olduqlarına görə Azərbaycanda biznes və peşəkar assosiasiyaları dəstəkləmək barədə razılığa gəlmiş və bu işlə məşğul olmuşlar. Bunun fonunda, USAID vətəndaş cəmiyyəti qurumları ilə özəl sektor arasında mövcud olan tərəfdaşlıqları qeyri-neft sektorunda iqtisadi artımı təşviq etmək məqsədilə Azərbaycanda biznes və peşəkar assosiasiyaları dəstəkləməyə ruhlandırmaq üçün innovativ həll yolları tapmağa çalışır. Biz hesab edirik ki, yanaşmamız icma təşkilatları, sahibkarlar, kiçik və orta sahibkarlıq subyektləri, digər beynəlxalq donorlar, şirkətlər və

Azərbaycan hökuməti ilə əhatə dairəsi və iştirak səviyyəsinin artırılmasına imkan verəcəkdir, çünki hər bir maraqlı tərəf təklif edəcək nəyəsə sahibdir və bu tərəfdaşlıq yanaşmasından müəyyən şeylər əldə edə bilər. Bu fəaliyyətlər həm hökumətlə, həm də Azərbaycanın özəl sektoru və vətəndaşları ilə davamlı tərəfdaşlığımızı gücləndirmək, o cümlədən Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini dəstəkləmək üçün USAID və Azərbaycan arasındakı əməkdaşlığı tamamlayacaqdır.

Axtarılan həll yolları

USAID Azərbaycan hesab edir ki, vətəndaş cəmiyyəti, özəl sektor və Azərbaycan hökuməti ilə tərəfdaşlıqlar vasitəsilə biznes və peşəkar assosiasiyalarının inkişafı və gücləndirilməsinin dəstəklənməsi iqtisadi cəhətdən əlverişli mühitin inkişafını sürətləndirərək son nəticədə iqtisadiyyatın şaxələndirilməsinə töhfə verəcəkdir. Yerli təşkilatların rəhbərlik etdiyi innovativ inkişaf yanaşması assosiasiyalar, hökumət və özəl sektor arasında koalisiyaların təşviq edilməsi yolu ilə dayanıqlılığı və yerli iştirakçıların hökumətin islahat gündəliyindəki rolunu artıracaqdır.

Bu fəaliyyətlə Azərbaycanın özünəməxsus ölkə kontekstində biznes və peşəkar assosiasiyaların inkişafını dəstəkləmək məqsədilə tətbiq olunan yeni və ya innovativ metodologiya yaxud yanaşmaları kəşf etmək üçün həll yolları və/və ya innovasiyalar (birgə dizayn seminarı müəyyən ediləcəkdir) sınaqdan keçiriləcəkdir. Bu fəaliyyət regionda və regionun sərhədlərindən kənarda

USAID missiyaları və digər müvafiq maraqlı tərəflərlə paylaşılması mümkün olan nəticə və faktların formalaşdırılmasına, o cümlədən həyata keçirilən tədqiqat və pilot təşəbbüslərinə əsaslanacaqdır. Bu məlumatlardan özəl sektorun iştirakını, yerli ölkənin hökumətilə tərəfdaşlıq təcrübələrini, vətəndaş cəmiyyəti təşkilatlarının xidmət təminatçıları və tərəfdaşlar kimi iqtisadi şaxələndirmə və bacarıqların artırılması fəaliyyətlərinə cəlb olunmasını ətrafında agentlik səviyyəsində öyrənmə prosesini gücləndirəcəkdir.

Yeni yanaşmaların zəruriliyi

USAID vətəndaş cəmiyyəti, özəl sektor və assosiasiyalar arasından Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə Azərbaycanda yaranmış və yeni yaranan biznes və peşəkar assosiasiyaları dəstəkləməyin yeni yollarını təklif etmək və sınaqdan keçirmək üçün qrup, koalisiya və ya konsorsium kimi birləşə biləcək təşkilatları müəyyən etməyə çalışır. Bu yanaşmanın gözlənilən nəticələri vətəndaşların fəallığının artması, vətəndaşlarla hökumət arasında qarşılıqlı fəaliyyət imkanlarının çoxalması, o cümlədən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaranmasıdır.

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək

USAID Azərbaycanın inkişafla bağlı çətinliklərinin aradan qaldırmaq məqsədilə özəl sektor, vətəndaş cəmiyyəti və Azərbaycan hökumətinin birgə investisiya qoyuluşları və iştirak səviyyəsinin artırılması yolu ilə müasir müdaxilə metodlarını müəyyən etmək, dəstəkləmək və inkişaf etdirməkdir. Potensial tərəfdaşlar həm də assosiasiyalara və digər bənzər ictimai qurumlara yerli miqyasda, hökumətdə, özəl sektorda, yerli icmalarda, müvafiq peşəkar və işgüzar icma üzvlərinin özləri tərəfindən necə baxılmasını aşkar etmək üçün sorğular və ya digər məlumat toplama proseslərini həyata keçirməyi düşünə bilərlər. USAID Azərbaycanda dayanıqlı və bacarıqlı biznes və peşəkar assosiasiyaların inkişaf etdirilməsini dəstəkləmək məqsədilə potensial yeni məhsul, yanaşma və ya xidmətin (yaxud mövcud məhsul, yanaşma və ya xidmətlə bağlı yeniliyin) layihələndirilməsi, yaradılması, sınaqdan keçirilməsi və ya qiymətləndirilməsi zamanı bu cür tədqiqat və texniki məlumatlardan istifadə edilməsinə dair təkliflər verən təşkilatlarla əməkdaşlıq etmək istəyir. USAID həll etməyə çalışdığımız inkişaf problemini aradan qaldırmaq üçün məlumatlara və faktlara əsaslanan yanaşmalar axtarır.

Maraqların İfadəsi barədə elanla bağlı müəyyən ediləcək illüstrativ suallar aşağıdakılardır:

● Müxtəlif sektorlarda fəaliyyət göstərən biznes və peşəkar assosiasiyalar yerli təşkilatların ehtiyaclarını ünvanlamaq üçün necə şəbəkələr yarada, onları inkişaf etdirə və bu məsələlər ətrafında fəaliyyəti qura bilərlər?

● Özəl sektor, vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti Azərbaycanda biznes və peşəkar assosiasiyaların dəstəklənməsi prosesində oynaya biləcəkləri rolu gücləndirmək üçün birgə dizayn prosesində və sonrakı mərhələdə necə əməkdaşlıq edə bilərlər?

● Qadınlar və gəncləri konsepsiyanızın hədəf axtarışına cəlb etməyin ən effektiv yolları hansılardır: iqtisadi cəhətdən əlverişli mühitdə inkişafı sürətləndirmək, Azərbaycanın inkişaf keçidində fəal və inklüziv vətəndaşların oynaya biləcəyi rolu göstərmək?

● Konsepsiyanın hədəflərinin genişləndirilməsi məqsədilə yerli və beynəlxalq özəl sektor qurumlarının ekspertizası, maliyyə vəsaitləri və nüfuzunun cəlb edilməsi və onlardan maksimum istifadə edilməsini necə həyata keçirmək olar?

Maraqların İfadəsi barədə elanın verilməsi qaydaları

Zəhmət olmasa, tədqiqat, yeni yanaşmalar və ya yuxarıdakı siyahıda verilmiş Axtarılan Həll

Yollarını göstərən Maraqların İfadəsi üzrə Bildirişi təqdim edin. Təqdim etdiyiniz sənəddə məlumatların artırılması və potensial həll yollarının axtarılması, texnologiya, materiallar, proseslər, metodlar, cihazlar və ya texnikalar üzrə elmi kəşf və ya yeniliklərdən istifadə edilməsi, texnologiyanın inkişaf səviyyəsinin artırılması yaxud potensial yeni məhsul və ya xidmətin (yaxud mövcud məhsul və ya xidmətlə bağlı yeniliyin) layihələndirilməsi, yaradılması, sınaqdan keçirilməsi və ya qiymətləndirilməsi zamanı bu cür elmi-texniki məlumatlardan istifadə edilməsini necə həyata keçirməyi planlaşdırdığınız aydın şəkildə təsvir olunmalıdır. Qurumlar fərqli perspektivlər və/və ya nisbi üstünlüklər təklif edən bərabər səviyyəli təşkilatlarla əməkdaşlıq

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək barədə düşünməyə təşviq edilirlər. Həll yolunun təsvirindən əlavə, namizədlər əgər varsa, xərclərin bölgüsü1, bərabər töhvə2 və ya maksimum faydalanma3 prosesini təsvir etməlidirlər.

Qurumlar Maraqların İfadəsi üzrə birdən çox Bildiriş təqdim edə bilərlər. Yuxarıda göstərilən suallar illüstrativ xarakter daşıyır: Maraqların İfadəsi üzrə Bildiriş təqdim edən təşkilatlar özlərinin müvafiq bildiyi məsələləri təsvir edə bilərlər.

USAID beynəlxalq qurumların rəhbərlik etdiyi konsorsium axtarışında deyil. Biz beynəlxalq tərəfdaşlarımızı yüksək qiymətləndiririk və yerli qurumların rəhbərlik etdiyi konsorsium və ya koalisiyalarda tərəfdaş kimi çıxış etmək niyyətində olan beynəlxalq tərəfdaşlardan

Maraqların İfadəsi üzrə Bildirişləri səbirsizliklə gözləyirik. Biz vətəndaş cəmiyyəti və ya özəl sektora aid olmasından asılı olmayaraq, yerli qurumların rəhbərlik etdiyi konsorsiumlara üstünlük verəcəyik. Agentliyin Genişmiqyaslı Elanı üzrə USAID ötən 5 il ərzində USAID-dən 5 milyon

ABŞ Dolları dəyərində yardım almış hər hansı quruma mükafat verə bilməz.

Maraqların İfadəsi üzrə Bildirişdə məlumatların formatlaşdırılması

Maraqların İfadəsi üzrə Bildirişdə məlumatlar:

1. İngilis və ya Azərbaycan dilində olmalıdır

2. İki (2) səhifədən çox, 12 ölçülü şriftdən kiçik olmamalıdır;

3. Elektron formatda azerbaijan@usaid.gov e-mail ünvanına göndərilməlidir;

4. Aşağıdakı məlumatları əks etdirən başlığa malik olmalıdır (səhifə sayına daxildir):

a. Respondentin adı / qrupu;

b. Əlaqə məlumatları;

c. Cavab başlığı;

d. Agentliyin Genişmiqyaslı Elanına əlavənin adı və nömrəsi;

e. 8.5”x11” ölçülü və ya A4 formatlı kağıza uyğun gələn ixtiyari təsvir (səhifə məhdudiyyətinə daxil edilir);

5. .pdf, .docx və ya .doc formatında olmalıdır;

6. Aşağısında səhifə nömrəsi qeyd olunmalıdır;

7. Qurumunuzun ideyası və ya yanaşmasını təsvir etməlidir.

USAID Maraqların İfadəsi üzrə Bildirişləri təqdim edən qurumları həyata keçirilən tədqiqatları və/və ya potensial maliyyə vəsaitlərini əldə etmək məqsədilə tədqiqat və inkişaf və ya pilot fəaliyyətlərini birlikdə formalaşdırmaq üçün digər uğurlu namizədlərlə birlikdə bir və ya bir neçə

1 Xərclərin bölgüsü: USAID və ya onun tərəfdaşının tərəfdaş qurumlar və ya müstəqil qeyri-hökumət təşkilatlarından təlim proqramının xeyrinə maliyyə vəsaitləri və ya natura formasında yardımı müəyyən etməsinə və təşkil etməsinə dair hər hansı nümunə. Xərclərin bölgüsü təlim təminatçısı, təlim podratçısı, ev sahibi müəssisə və ya hər hansı digər maraqlı tərəflə həyata keçirilə bilər. Səciyyəvi olaraq, xərclərin bölgüsünə təhsil haqqında endirimlər, staj, təlim haqqında endirimlər, ailə yanında məskunlaşma, natura formasında yardımlar, beynəlxalq daşınma xərcləri, iştirakçı üçün əmək haqqı və iştirakçının hər hansı birbaşa xərcinin USAID-dən fərqli maliyyə mənbəyi hesabına ödənilməsi daxildir. Xərclərin bölgüsü zamanı təlim üçün əlavə maliyyə resursları səfərbər edilir, USAID-ın məhdud büdcə resurslarının əhatə dairəsi və effektivliyi artırılır.

2 Bərabər töhvə - USAID-ın lüğətində "bərabər töhvə" xərclərin bölgüsünü ifadə etmək üçün istifadə olunan digər bir sözdür.

Xərclərin bölgüsü və ya əvəzləşdirmə dedikdə qəbul edən tərəfin müqavilənin ümumi dəyərinə əlavə etdiyi resurslar nəzərdə tutulur.

3 Maksimum faydalanma: Resursların əhəmiyyətli dərəcədə səfərbər edilməsi. Dövlət və özəl sektor arasında tərəfdaşlıq olduqda

USAID 1:1 və ya daha böyük nisbətlə digər iştirakçıların resurslarını səfərbər etməyə çalışır. Resurslara maliyyə vəsaitləri, natura formasında yardımlar və əqli mülkiyyət daxil ola bilər.

mailto:azerbaijan@usaid.gov

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək birgə dizayn seminarında iştirak etməyə dəvət edə bilər. Bütün namizədləri prosesin bütün mərhələləri barədə məlumat əldə etmək üçün elanı tam şəkildə oxumağa dəvət edirik.

Təqdim olunan bildirişlərin və seçim meyarlarının nəzərdən keçirilməsi

Mərhələ 1: USAID bu əlavədə verilmiş göstərişlərə və meyarlara, o cümlədən yerli qurumların rəhbərlik etdiyi inkişaf innovasiyaları barədə Agentliyin Genişmiqyaslı Elanının 5-ci bölməsində təsvir olunan qiymətləndirmə meyarlarına uyğun olaraq təqdim olunan Maraqların İfadəsi üzrə

Bildirişləri nəzərdən keçirərək seçəcəkdir. USAID yuxarıdakı göstərişlərə uyğun olmayan hər hansı bildirişi nəzərdən keçirməmək hüququna malikdir.

Mərhələ 2: Seçilmiş təşkilatlar və qruplar USAID, tərəfdaşlar və seçilmiş qrupların bu əlavədə müəyyən edilən hədəflərə nail olmaq üçün nəzərdə tutulmuş fəaliyyətləri birgə həyata keçirmək üçün toplaşa biləcəyi Bakı şəhərində birgə dizayn seminarına dəvət ediləcəklər. Seminarda iştirak edən təşkilatlar potensial maliyyə vəsaitləri üçün qısa konsepsiya sənədləri tərtib edə bilərlər. Bu tədbirlərin iştirakçılarının səyahət xərcləri USAID tərəfindən qarşılanmayacaqdır. Konsepsiya sənədləri birgə dizayn seminarından sonra və yerli təşkilatların rəhbərlik etdiyi inkişaf innovasiyaları barədə Agentliyin Genişmiqyaslı Elanında müəyyən edilən göstərişlərə uyğun olaraq təqdim ediləcəkdir. Təklif olunan konsepsiya sənədləri aşağıda qeyd olunan istənilən inkişaf mərhələsində ola bilər:

1. Konsepsiyanın sübutu - həll yolunun texniki, təşkilati, paylanma və maddi cəhətdən əlverişliliyini əvvəlcədən real şərtlər daxilində qiymətləndirmək üçün ölkə kontekstinə uyğun həll yolunun təqdimatı.

2. Təsir və icranın sınaqdan keçirilməsi - dayanıqlılıq və miqyasın artırılmasına yol açmaq üçün nəticələrin yaxşılaşdırılması və/və ya əlverişliliyin artırılması, o cümlədən əməliyyatların təkmilləşdirilməsi sahəsində özünü sübut etmiş konsepsiyanın sınaqdan keçirilməsi.

3. Miqyasın artırılması - ciddi şəkildə qiymətləndirilmiş innovasiyanın yeni kontekst və coğrafiyalara uyğunlaşdırılması, layihələri genişləndirərək USAID-dən başqa mənbələrdən yardım əldə biləcək, keçmiş nailiyyətləri barədə daha çox məlumat tələb olunan əlavə tərəfdaşların cəlb edilməsi.

Mərhələ 3: Bigə dizayn seminarından sonra tərtib olunan yekun konsepsiya sənədləri USAID-in ekspert və elmi baxış şurasına təqdim ediləcəkdir. Fəaliyyətlər üçün təsdiq edilmiş konsepsiya sənədləri yenidən nəzərdən keçiriləcək və maliyyə vəsaitlərinin mövcud olarsa prosesin davam etdirilməsi barədə qərar veriləcəkdir.

Meyarlar

Maraqların İfadəsi üzrə bütün bildirişlərə aşağıdakı meyarlar şamil ediləcəkdir:

1. İdeya/yanaşma: Çətinlik və imkanları əhatə edən sistemlərin təşviq edilməsi üçün ideya və ya yanaşmanızın, o cümlədən müvafiq faktların sağlamlığı. USAID namizədlərin yeni, məlumatlı və realistik düşüncələri necə ərsəyə gətirməsinə, təklif olunan ideyanın məlumatları, o cümlədən "Ümumi məlumat", "Axtarılan həll yolları" və "Yeni yanaşmalara ehtiyac" bölmələrində müəyyən edilən yerli təşkilatların rəhbərlik etdiyi inkişaf innovasiyaları təcrübəsini necə genişləndirəcəyini aydın şəkildə nümayiş etdirmək üçün köməkçi faktlar və təhlildən necə istifadə etməsinə fikir verəcəkdir. USAID Maraqların

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək

İfadəsi üzrə öz bildirişində texniki ekspertiza və potensialını aydın şəkildə nümayiş etdirə biləcək qurumları axtarır. Biz həm də yerli iştirakçılar və icmalar üçün faydalı olan nəticələri əldə etmək məqsədilə çox sayda maraqlı tərəflə, o cümlədən USAID-lə effektiv şəkildə əməkdaşlıq edə biləcək qurumlar axtarırıq.

2. Tərəfdaşlıqla bağlı gözləntilər və tərəfdaşlığın əhəmiyyəti: Bizə müzakirəyə, o cümlədən Azərbaycanda biznes və peşəkar assosiasiyaların güclü kadrlarının formalaşdırılması ilə bağlı çətinliyin aradan qaldırılmasına qazandıracağınız unikal keyfiyyətlər barədə danışın. Tərəfdaş kimi təşkilatınızın üstünlükləri, o cümlədən sizin inkişafla bağlı ciddi çətinliyə unikal şəkildə töhfə vermək qabiliyyətinizi göstərin. USAID pərakəndə qrupları, yəni akademik dairələr, özəl sektor, vətəndaş cəmiyyəti, hökumət qurumları birləşdirmək, o cümlədən qeyri-ənənəvi və müxtəlif sektorlarda ekspertlərlə işləmək bacarığını axtarır. Zəhmət olmasa, tərəfdaşlarla əməkdaşlıq və ya birgə işləmə təcrübənizə dair konkret nümunələr verin.

3. Perspektiv və imkanların müxtəlifliyi: USAID adətən tərəfdaşlıq etmədiyi təşkilat və şəxsləri özündə birləşdirə biləcək daha geniş düşünmə və innovasiya proseslərinə şərait yaratmaq üçün müxtəlif tərəfdaşları bir araya gətirməyə çalışır. USAID adaptiv və/və ya təkrarlanan fəaliyyətlərin həyata keçirilməsi, müvəffəqiyyətli və bərabər səviyyəli şəbəkələrin idarə olunması və yeni ideyaların icrasının sürətləndirilməsinə dair təcrübələri müsbət qiymətləndirir. Maraqların İfadəsi üzrə uğurlu bildirişlərin seçilməsi zamanı bu müxtəlifliyi təmin etmək məqsədi nəzərə alınacaq.

4. Fəaliyyətlərin təsirləri və məqsədləri: Təklif etdiyiniz yanaşmanın nəzərdə tutulan nəticələri və məqsədlərini təsvir edin. Müvafiq olduqda təklif etdiyiniz yanaşmada

USAID-in inklüziv inkişafla bağlı prioritetlərə (gender bərabərliyi və qadınlara səlahiyyət verilməsi, əlillərin cəlb olunması, təcrid olunmuş icmalarda bərabərliyin təbliği) necə yanaşıldığını göstərin.

USAID bu əlavə əsasında maliyyə vəsaitləri və ya mükafat vermək öhdəliyi daşımır.

Cavab tarixləri

Suallar: Agentliyin Genişmiqyaslı Elanına bu əlavə ilə bağlı hər hansı sual yalnız mövzu sətrində

"Suallar" yazmaqla və Agentliyin Genişmiqyaslı Elanı və ya əlavənin istinad nömrəsini qeyd etməklə azerbaijan@usaid.gov e-mail ünvanına göndərilməlidir. Suallar 1-ci səhifədə göstərilən tarix və vaxta qədər göndərilməlidir. Bu elana edilən hər hansı düzəlişlə yanaşı, son tarixə qədər suallara verilmiş cavablar beta.SAM.gov və grants.gov saytlarında dərc olunacaqdır. Son tarixdən sonra təqdim edilmiş suallar qəbul edilməyə bilər.

Maraqların İfadəsi üzrə Bildiriş: Zəhmət olmasa, ingilis və ya azərbaycan dilində tərtib olunmuş

Maraqların İfadəsi üzrə Bildirişi 1-ci səhifədə göstərilmiş tarixdən gec olmayaraq azerbaijan@usaid.gov e-mail ünvanına göndərin. Son tarixdən sonra göndərilən bildirişlər nəzərdən keçirilməyəcəkdir.

Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara Dəstək

İstinad:

Ərizəçilər BAA-OAA-LLDI-2019 saylı elanı aşağıdakı linklər vasitəsilə əldə edə bilərlər:

beta.SAM.gov https://beta.sam.gov/opp/c5b1d68c2eb7876fd1785fcfa2218790/view?keywords=BAA-OAA-

LLDI-2019&sort=-relevance&index=opp&is_active=true&page=1

Grants.gov https://www.grants.gov/web/grants/search-grants.html?keywords=BAA-OAA-LLDI-2019

Hörmətlə, /imza var/

Robert Klaussen

Razılaşma və müqavilələrin bağlanması üzrə regional nümayəndə https://beta.sam.gov/opp/c5b1d68c2eb7876fd1785fcfa2218790/view?keywords=BAA-OAA-LLDI-2019&sort=-relevance&index=opp&is_active=true&page=1 https://beta.sam.gov/opp/c5b1d68c2eb7876fd1785fcfa2218790/view?keywords=BAA-OAA-LLDI-2019&sort=-relevance&index=opp&is_active=true&page=1 https://www.grants.gov/web/grants/search-grants.html?keywords=BAA-OAA-LLDI-2019

File details come from the government source that posted it. Updated .